Bosniya yardım istədi: bu ölkənin helikopterləri köməyə gəldi

Bosniya yardım istədi: bu ölkənin helikopterləri köməyə gəldi

Bosniya və Herseqovina ölkənin müxtəlif bölgələrində davam edən meşə yanğınları ilə mübarizə, xilasetmə və mühafizə tədbirləri məqsədi ilə beynəlxalq ictimaiyyətdən kömək istəyib.

AzerTimes xəbər verir ki, Bosniya və Herseqovina müdafiə və xilasetmə sahəsində əməkdaşlığa dair müqavilə və memorandumlar imzaladığı ölkələrdən yanğınsöndürmə qüvvələri, nəqliyyat vasitələri və təyyarələrin cəlb olunmasını nəzərdə tutur.

Yanğınlar xüsusilə, Posusye Bələdiyyəsinin “Blidnye” Milli Parkı, həmçinin “Sutyestka” Təbiət Parkı ərazisində yanğınların əhatə dairəsi genişlənib.

Hazırda yanğınların söndürülməsinə Bosniya və Herseqovina Silahlı Qüvvələri, Serbiya Helikopter Xidməti və Xorvatiya Hərbi Hava Qüvvələrinin helikopterləri, eləcə də xeyli sayda canlı qüvvə cəlb olunub.

Teqlər: