Bosniya və Herseqovina Xorvatiya Prezidenti Zoran Milanoviçin Srebrenitsa soyqırımını rədd edən açıqlamalarına görə bu ölkəyə etiraz notası göndərib.
AzerTimes xəbər verir ki, notada Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi Xorvatiya Prezidenti Zoran Milanoviçin sentyabrın 12-də Brdo Briyoni Sammiti zamanı işçi naharda Srebrenitsa soyqırımını inkar edən bəyanatlarını sərt şəkildə pislənib.
İşçi naharda iştirak edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Xorvatiya Prezidenti Zoran Milanoviçin Srebrenitsa soyqırımı ilə bağlı Beynəlxalq Haaqa Tribunalının qərarını şübhə altına alan fikirlər səsləndirdiyini deyib.
Xatırladaq ki, 2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib.