Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevi təbrik edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik
Caferoviç Prezident İlham Əliyevə məktub göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə
Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz
adımdan Sizə səmimi salamlarımı və ölkənizin daha firavan olmasına
dair ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə
Azərbaycan Respublikası arasında mövcud olan dostluq
münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da
inkişaf edəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul
edin”.

Teqlər: