Borrell: Putin qışın gəlişini gözləyir

Borrell: Putin qışın gəlişini gözləyir

Putin gözləyir ki, qışın çətinlikləri Qərbi Ukraynadakı müharibədən bezdirəcək.

AzerTimes xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Bir çox ölkə üçün müharibənin nəticələri qiymət, enerji və ərzaq baxımından əlbəttə ki, pisdir. Müharibənin nəticələrini aradan qaldırmaq üçün dünya ölkələri ilə çox fəal şəkildə əlaqə saxlamalıyıq. Çox böyük diplomatik səylər, dəqiqləşdirmələr aparmalıyıq ki, dünya bu müharibənin “niyəsini” və onun necə bitə biləcəyini anlasın. Putin inanır ki, demokratiyalar zəifdir, ictimai rəy sistemləri soyuq qışdan sağ çıxmayacaq. O, həmişə Rusiya ordusunu xilas edən “General qışı”ın gəlişini gözləyir. O gözləyir ki, soyuq, qaz təchizatında fasilələr, yüksək qiymətlər və aşağı temperatur Ukraynaya dəstək iradəmizi sarsıdacaq. Bizim Ukraynaya dəstəyimiz sadəcə səxavət məsələsi deyil. Ukraynaya dəstəyimiz sarsılmaz olmalıdır, çünki Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə qırılmaz şəkildə bağlıdır. Orada verəcəyimiz qərar gələcəyimizi müəyyən edəcək”, – o bildirib.

Borrell qeyd edib ki, müharibə ancaq sülhü təmin etdikdə bitə bilər:

“Sülhü təmin etmək üçün Ukraynanın bütün ərazisində suverenliyi təmin edilməli, Rusiya müharibəyə görə siyasi və mənəvi məsuliyyətini etiraf etməlidir; Rusiya Ukraynada baş verən insani cinayətlərinə görə cavab verməyə məcbur edilməlidir. Məqsədimiz bu olmalıdır, başqa heç nə! Ona görə də sanksiyalar; ona görə də hərbi yardım; ona görə də diplomatik hərəkət davam etməlidir. Bu üç cəbhədə biz yorulmadan işləməliyik. İndi gözləmək vaxtı deyil”.

Teqlər: