Borrell Məhsa Əmininin ölümündən danışdı

Borrell Məhsa Əmininin ölümündən danışdı

İran hakimiyyətinin Məhsa Əmininin ölümünə etiraz edən qeyri-zorakı nümayişçilərə qarşı geniş və qeyri-mütənasib güc tətbiqi əsassız və qəbuledilməzdir.

AzerTimes xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Məhsa Əmininin həbsdə ölməsindən sonra İranın hər yerində qadın və kişilər toplaşmaq və etiraz etmək üçün fundamental hüquqlarından istifadə ediblər. Xəbərlər göstərir ki, dəfələrlə təmkinli olmaq çağırışlarına baxmayaraq, İran təhlükəsizlik və polis qüvvələrinin nümayişlərə reaksiyası qeyri-mütənasib olub və çoxlu sayda insan itkisi və yaralananlarla nəticələnib. İranın müvafiq səlahiyyətli orqanlarının internetə çıxışını ciddi şəkildə məhdudlaşdırmaq və mesajlaşma platformalarını bloklamaq qərarı ifadə azadlığını açıq şəkildə pozduğu üçün narahatlığa daha bir səbəbdir”, – deyə Borrell bildirib.

Teqlər: