Noyabrın 14-də Ankarada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin arasında keçirilən görüşün təfərrüatı məlum olub.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rud deyib.
“Moskva və Vaşinqtonun xüsusən də nüvə risklərini idarə etmək üçün müəyyən kanalları var. Börnsün Narışkinlə görüşünün məqsədi məhz bu məsələ olub. Börns heç bir danışıq aparmayıb və Ukraynadakı münaqişənin həllini müzakirə etməyib”, – Rud bildirib.
Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Börns və Narışkinin Ankarada baş tutan görücünün təhlükəsizlik məsələlərində ölkələr arasında əlaqəni saxlamaq məqsədi daşıdığını bildirmişdi.