278-ci gün: Rusiyanın itkiləri açıqlandı

278-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 278-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 87 900 hərbçi, 2 908 ədəd tank, 5 861 ədəd zirehli döyüş maşını, 1899 ədəd artilleriya sistemi, 395 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 209 hava hücumundan müdafiə sistemi, 278 ədəd hərbi təyyarə, 261 ədəd helikopter, 4416 ədəd avtomobil texnikası, 1555 ədəd PUA, 531 qanadlı raket, 16 gəmi/qayıq, 163 xüsusi avadanlıq itirib.

Teqlər: