Borjomi meşələri də yanır: ordu hərəkətə keçdi

Borjomi meşələri də yanır: ordu hərəkətə keçdi

Gürcüstanın Borjomi bələdiyyəsinin Kvabisxevi kəndində 2 gündür davam edən meşə yanğınları ilə mübarizəyə ordu qüvvələri də cəlb edilib.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Kürün sağ sahilində başlayan yanğın artıq 3 hektar əraziyə yayılıb.

Yanğının söndürülməsinə 250 yanğınsöndürən, həmçinin 3 helikopter cəlb edilib.

Relyefin mürəkkəbliyi səbəbindən yanğının söndürülməsi prosesi çətinləşir.

Teqlər: