Boris Consonun dörd köməkçisi “pandemiya zamanı şənlik” qalmaqalı fonunda istefa verib

Böyük Britaniyanın baş naziri Boris Consonun dörd köməkçisi Dauninq-stritdəki “pandemiya zamanı şənlik” qalmaqalı fonunda istefa verib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunlar Consonun şəxsi katibi Martin Reynolds, apparat rəhbəri Den Rozenfild, siyasət şöbəsinin müdiri Munira Mirzə və baş nazirin mətbuat xidmətinin rəhbəri Cek Doyldur.

Xatırladaq ki, Boris Conson və bəzi hökumət nümayəndələrinin adları koronavirus pandemiyası səbəbindən elan olunmuş sərt qapanmalar zamanı şənliklər təşkil edərək orada iştirakda hallanır.