Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş
naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə təbrik
məktubu göndərib.
Məktubda deyilir: Hörmətli Prezident Əliyev, Martın 11-də Böyük
Britaniya və Azərbaycan Respublikası diplomatik münasibətlərin
qurulmasının 30 illiyini qeyd edəcəklər. Bu fürsətdən istifadə
edərək Böyük Britaniyanın ölkələrimiz arasındakı əlaqələrə verdiyi
əhəmiyyəti bir daha qeyd etmək istərdim.
Son 30 il ərzində Böyük Britaniya və Azərbaycan Respublikası
mühüm strateji tərəfdaşlığın inkişafı etdirilməsi üçün birgə
çalışıblar. Mən çox şadam ki, Böyük Britaniya sərmayələrinin
Azərbaycanın enerji sektoruna yatırıldığı ilk vaxtlardan etibarən
bu əlaqələr genişlənib və çiçəklənib. İnvestisiya və ticarət
artmaqda davam edir, təhsil və mədəni əlaqələrimiz son dərəcə
sıxdır, biz iqlim dəyişikliyi və təmiz enerji, regional
təhlükəsizlik, qadın və qızlara dəstək daxil olmaqla mühüm
məsələlər üzrə getdikcə daha böyük dəyər qazanan əməkdaşlığa nail
olmuşuq.
Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək
verən tərəfdaşıdır və bundan sonra da olacaqdır. Qarşıdakı illərdə
tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyini böyük ümidlə
gözləyirəm”.