Boris Conson koronavirusa qarşı peyvəndin ikinci dozasını vurdurub

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa qarşı “AstraZeneca” şirkətinin istehsal etdiyi vaksinin ikinci dozasını vurdurub.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Krallığın hökumət rəhbərinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, B.Conson peyvəndin ikinci dozasını Londonun mərkəzindəki Kinq-Kross dəmiryolu stansiyasının yaxınlığında yerləşən Frensis Krik adına İnstitutda vurdurub.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri koronavirusa qarşı peyvəndin ilk dozasını martın 19-u müqəddəs Tomas xəstəxanasında vurdurmuşdu.