Boqlarıstanda “sanitar buraxılışlara” qarşı kütləvi etirazlar keçirilib

Restoran sahəsinin minlərlə rişçisi Bolqarıstan şəhərlərinin küçələrinə çıxaraq hakimiyyətin məcburi “sanitar buraxılışlar” tətbiqi qərarından narazılıqlarını ifadə ediblər.

AzerTimes-ın məlumatına görə, etirazlarda restoranların sahibləri, aşpazları, ofisiantları və barmenləri iştirak ediblər.

Bildirilir ki, onlar belə bir sistemin tətbiqini “qeyri-adekvat və ayrı-seçkilik” hesab edirlər, çünki “sanitar buraxılışların” tətbiqindən sonra müəssisələrdə müştərilərin sayı 80 faiz azalıb.

Qeyd edək ki, Bolqarıstan əhalisinin yalnız 25 faizi koronavirusa qarşı peyvəndin ən azı birinci dozasını vurdurub.