Bolsonarodan orduya çağırış: Yeni prezidentə əngəl olun!

Bolsonarodan orduya çağırış: Yeni prezidentə əngəl olun!

Braziliyanın Prezidenti Jair Bolsonaro seçkilərdə məğlub olduqdan sonra ilk dəfə əhali və orduya çağırış edib.

AzerTimes xəbər verir ki, Bolsonaro ordunun sosializm qarşısında ən son maneə olduğunu bildirib.

“İnanıram ki, Silahlı Qüvvələrimiz birləşib. Onlar xalqımıza, konstitusiyamıza sədaqət andı içiblər. Ordu bizim azadlığımıza cavabdehdir. Mən burdan onlara səslənirəm. Luis İnasio Lula da Silvanın (Braziliyanın yeni prezidenti – red.) hakimiyyəti ələ almasına maneə olun! Heç nə itirilməyib. Yeganə son ölümdür!”, – Bolsonaro vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Braziliyada keçirilən prezident seçkilərində Luis İnasio Lula da Silva 50,8% səslə ölkə prezidenti seçilib.

Əlavə edək ki, Braziliya konstitusiyasına əsasən, normal şərtlərlə hakimiyyətin təhvil verilməsi yanvarın 1-də həyata keçirilməlidir.

Teqlər: