ABŞ bu ölkəyə hərbi baza yerləşdirəcək

ABŞ bu ölkəyə hərbi baza yerləşdirəcək

ABŞ Latviyanın müdafiə qabiliyyətinin gücləndirilməsi çərçivəsində ölkəyə artilleriya və aviasiya birləşmələri yerləşdirəcək.

AzerTimes xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ Baltikyanı ölkələrdə hərbi mövcudluğu gücləndirməyə dair planını təsdiqləyib. Bu planda Amerika əsgərlərinin və hərbi texnikasının Latviyada fasiləsiz olaraq rotasiya əsasında olmasını nəzərdə tutur.”, – məlumatda deyilir.

Bildirilir ki, ortamüddətli perspektivdə ABŞ öz bölmələrini Adajio və Lielvardedəki hərbi bazalarda yerləşdirəcək.

Teqlər: