Bolqarıstanın baş naziri öncəki hökuməti Azərbaycanla qaz sazişini yerinə yetirməməkdə ittiham edib

Anlaşılmaz səbəblərdən öncəki Bolqarıstan hökuməti Azərbaycan
qazını tam həcmdə almaqdan imtina edib.

Trend xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Kiril
Petkov Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri üçün
məqaləsində yazıb.

Bolqarıstan və Azərbaycan “Şahdəniz-2” yatağından bir milyard
kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Müqaviləyə
əsasən, Bolqarıstan Azərbaycan qazını Yunanıstanla interkonnektor
(IGB) vasitəsilə tam həcmdə almalı idi. Lakin interkonnektorun
vaxtında tikilib istifadəyə verilməsi mümkün olmadığından
Azərbaycan qazının alternativ marşrutla müvəqqəti olaraq
Bolqarıstana tədarükünə qərar verilib. Buna baxmayaraq, il ərzində
müqavilə üzrə nəzərdə tutulan həcmin yalnız üçdə biri bu marşrutla
çatdırılıb.

Teqlər: