Bolqarıstanda təyyarə sərt eniş etdi: pilot xəsarət aldı

Bolqarıstanda təyyarə sərt eniş etdi: pilot xəsarət aldı

Bolqarıstanda yüngülmühərrikli təyyarə qəza enişi edib.

AzerTimesxəbər verir ki, bu barədə Burqas şəhərinin polis idarəsindən bildirilib.

“Yüngülmühərrikli təyyarənin göyərtəsində bir nəfər – Pleven şəhərindən olan 55 yaşlı təcrübəli pilot olub. Pilot mühərrikdən yağ sızması aşkar edib və təcili eniş etmək qərarına gəlib”, – deyə polis idarəsindən bildirilib.

Məlumata əsasən, qəza enişi zamanı pilot xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Teqlər: