Bolqarıstanda təbii qaz aprelin 1-dən ucuzlaşıb.
AzerTimes xəbər verir ki, bu barədə Enerji və Su Tənzimləmə Komissiyası məlumat yayıb.
Məlumata görə, komissiya qazın aprel ayında qiymətini əlavə ödənişlər olmadan 1 MVt/saat üçün 98,16 lev (təxminən 49,8 avro) məbləğində təsdiqləyib, halbuki mart ayında bu, 106,74 lev (təxminən 53,37 avro) idi.
“Azərbaycan qazının qiyməti, Azərbaycanla mövcud uzunmüddətli müqaviləyə əsasən, Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə tədarük edilən qaz qarışığının maya dəyərinin hesablanmasına daxil edilib. Bu həcmlər ölkə istehlakının təxminən 51,9 %-ni əhatə edir və əlverişli qaz qiymətlərinə nail olmaq üçün mühüm önəm daşıyır”, – komissiyanın məlumatında bildirilib.