Biz alyansa qoşulana qədər Finlandiyanın üzvlüyü…

Biz alyansa qoşulana qədər Finlandiyanın üzvlüyü…

İsveç alyansa üzv olana qədər Finlandiyanın NATO-ya üzvlüyü tam olmayacaq.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə İsveç xarici işlər naziri Tobias Billström çıxış edib.

“Biz Finlandiya üçün şadıq. Bu, qardaş ölkəmiz üçün irəliyə doğru atılmış mühüm addımdır, üzvlük həm Finlandiyanın, həm də İsveçin təhlükəsizliyini gücləndirəcək. Lakin Finlandiyanın qeyd etdiyi kimi, İsveç üzv olana qədər onların üzvlük prosesi tam başa çatmayacaq”, – nazir bildirib.

Qeyd edək ki, martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb, yaxın günlərdə ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatının tamhüquqlu üzvü olacağı gözlənilir.

Teqlər: