Bolqarıstanda koronavirusdan ölüm hallarında antirekord qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Bolqarıstanda son sutka ərzində 310 nəfər koronavirusdan ölüb.

Trend-in məlumatına görə, bu, ölkədə pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.

Bugünədək Bolqarıstanda virusdan ölənlərin sayı 24 309 nəfərə çatıb.


Eyni zamanda ötən gün ölkədə 6 mindən çox yoluxma qeydə alınıb və ümumi yoluxanların sayı 608 499 min nəfərə çatıb.