Bolqarıstanda koronavirusa yoluxanların sayı kəskin artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Bolqarıstanda son sutka ərzində koronavirusa 3 449 yeni yoluxma qeydə alınıb. Bu göstərici əvvəlki günlə müqayisədə 2,2 min nəfər çoxdur.

Trend-in məlumatına görə, ötən gün, həmçinin 162 nəfər həyatını itirib.

Bugünədək Bolqarıstanda koronavirusdan ölənlərin sayı 30 819 nəfərə çatıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, bugünədək 12 yaşdan yuxarı əhalinin 30 faizə yaxını koronavirusa qarşı peyvənd olunub.

Bolqarıstanda 2022-ci il martın sonunadək fövqəladə epidemioloji vəziyyət qüvvədədir.