Bolqarıstan Rusiyadakı səfirini geri çağıracaq.
Trend-in
məlumatına görə, bunu ölkənin baş naziri Kiril Petkov deyib.
O bildirib ki, Rusiya tərəfindən analoji addımın atılmasını
gözləyir.
Qeyd edək ki, ötən gün baş nazir K.Petkov Rusiyanın
Bolqarıstandakı səfiri Eleonora Mitrofanovanı Bolqarıstanla bağlı
açıqlamalarına görə hökumətin iclasında tənqid etmişdi.
Rusiya səfirliyi isə öz növbəsində diplomatın ictimai şəkildə
tənqid olunmasının qəbuledilməz olduğunu bildirib.