Bolqarıstan prezidenti Rumen Radev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi ilə görüşüb (FOTO)

Bolqarıstan Respublikasının Prezident Rumen Radev Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin baş katibi ilə görüşüb.

Müasir dünyada yaşanan qlobal və regional təhlükəsizliyə olan
təhdidlərin həlli siyasi liderlər arasında davamlı dialoq və
qarşılıqlı anlaşma yolu ilə mümkündür. Bu mövqeyi Prezident Rumen
Radev və Bolqarıstanda səfərdə olan “Nizami Gəncəvi” Beynəlxalq
Mərkəzinin baş katibi Rövşən Muradov bildiriblər. Bolqarıstan
Respublikası Prezidentin həyat yoldaşı xanım Desislava Radevanın
iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublilasının enerji
təhlükəsizliyində oynadığı rolu və Azərbaycan Respublikasının I
Vitse-Prezidentinin himayəsi ilə Bolqarıstanın Veliko-Tırnovo
şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasının
əhəmiyyəti qeyd olunmuşdur.

Mərkəzin beynəlxalq gündəlikdəki ən aktual məsələlərin
müzakirəsi üçün platforma kimi formalaşdığı qeyd olunaraq,
beynəlxalq təşkilatlarla birgə keçirilən tədbirlər proqramı
müzakirə edildi.

Rövşən Muradov Prezident Radevi Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkil etdiyi ənənəvi Qlobal Bakı Forumuna dəvət
edib.

Dövlət başçısı müxtəlif mədəniyyətlərin firavanlığı və
qarşılıqlı qəbulu naminə dialoq və tolerantlığın yaradılmasında
təşkilatın rolunu qeyd edib.

Görüş zamanı Bolqarıstan Prezidenti cənab Rumen Radev və Nizami
Gəncəvi mərkəzinin baş katibi hal hazırda yaşanan humanitar böhran,
Ukrayna müharibəsinin Avropa və dünya üçün nəticələri və riskləri
müzakirə ediblər.

Teqlər: