Bolqarıstan ABŞ-dan yeni qırıcılar alacaq

2025-ci ildə Bolqarıstan Hərbi Hava Qüvvələrinə “Lockheed
Martin” şirkətinin 8 ədəd “F-16 Fighting Falcon Block 70” qırıcısı
veriləcək.

AzerTimes-ın məlumatına görə, bunu Bolqarıstanın müdafiə naziri
Draqomir Zakov “bTV” telekanalına müsahibəsində deyib.

“Biz ABŞ-dan ilk təyyarələri 2025-ci ilin əvvəlində, qalanını
isə ilin sonuna qədər almalıyıq. Koronavirus səbəbiylə təyyarələrin
tədarükündə problemləri yarandı. Kompensasiya yalnız müqavilənin
yerinə yetirilməməsi halında verilir, lakin bu halda söhbət
fors-major vəziyyətindən gedir”, – deyə müdafiə naziri
bildirib.