Bölmələrimiz güc tətbiq etmədən mövqelərin dəqiqləşdirilməsini davam etdirir – MN

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi
Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə
silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın
həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat
xarakterli xəbərlər yalandır.

Bunu AzerTimes-a Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Azərbaycan Ordusunun bölmələri güc
tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin
dəqiqləşdirilməsi prosesini davam etdirir.

“Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”,- məlumatda
qeyd edilir.

Teqlər: