Boliviyanın sabiq prezidenti dövlətə xəyanət ittihamı ilə saxlanılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Boliviyanın sabiq prezidenti Janin Anyes dövlətə xəyanət və terrorçuluq ittihamları ilə saxlanılıb.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin daxili işlər naziri Eduardo del Kastilyo bildirib.

Nazir bildirib ki, sabiq prezident polis tərəfindən sorğu-sual olunur.


Qeyd edək ki, ötən gün Boliviyanın keçmiş ədliyyə naziri Ayvaro Koimbra və keçmiş energetika naziri Rodriqo Qusman dövlət çevrilişi ilə bağlı saxlanılmışdı.

Ölkə prokurorluğunun verdiyi açıqlamaya görə, çevriliş 2019-cu ilin noyabr ayında baş verib.