Boliviyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Boliviyanın Səhiyyə Nazirliyinin işçilərini dayışyan təyyarə qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində ölkənin prezidenti Luis Arse yazıb.

Onun sözlərinə görə, Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə olan 6 nəfər qəza nəticəsində həlak olub.

L.Arse qəzanın səbəbinin araşdırılmasını tapşırıb və ölənlərin ailələrinə başsağlığı verib.