Boliviyanın Səhiyyə Nazirliyinin işçilərini dayışyan təyyarə qəzaya uğrayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində ölkənin prezidenti Luis Arse yazıb.
Onun sözlərinə görə, Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə olan 6 nəfər qəza nəticəsində həlak olub.
L.Arse qəzanın səbəbinin araşdırılmasını tapşırıb və ölənlərin ailələrinə başsağlığı verib.