Boliviyada mikroavtobus dərəyə aşıb, ölənlər var

Boliviyanın Potosi departamentində mikroavtobus dərəyə aşıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Bildirilir ki, qəzada ölənlər və yaralananların arasında departamentin icra hakimiyyəti orqanlarının əməkdaşları da olub.

Qəzanın səbəbi barədə məlumat verilmir.