Bölgələrə səfər edən turistlərin sayı artıb – Turizm eksperti

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bölgələrə istirahət üçün səyahət edənlərin sayında artım müşahidə olunur.

Bunu AzerTimes-a açıqlamasında turizm üzrə ekspert Rəşad Gəncəliyev bildirib. Onun sözlərinə görə, karantin rejiminin yumşalmasından, rayonlara gediş-gəliş açılandan sonra səfərlər çoxalıb:

“İstər fərdi şəkildə şəxsi avtomobili ilə, istərsə də yerli turizm şirkətlərinin təşkil etdiyi turlarla səyəhət edənlər var. Ancaq yenə də bir sıra məhudidyyətlər qalmaqdadır. Belə ki, bəzi hotellər fəaliyyət göstərmir, bəziləri isə limitlə işləyirlər. Bundan əlavə turları təşkil edən sahibkarlar da məhdud sayda turist qəbul edirlər. Pandemiyaya qədər saya diqqət olunmasa da, hazırda turlar maksimum 7-8 nəfərlik qruplarla təşkil olunur”.

R.Gəncəliyev qeyd edib ki, turlar daha çox şimal bölgələrədir:

“Hazırda mövsümlə əlaqədar olaraq qış turizmi öndə olan istrahət növlərindəndir. Bu səbəbdən şimal rayonlarına səfərlər daha çoxdur. Onlardan Qusar və Qəbələ üstünlük təşkil edir, Şamaxı, Qubaya da gedənlər kifayət qədərdir”.

Ekspert əlavə edib ki, turizm yavaş-yavaş dirçəlsə də, ümumilikdə turizm sektorunda canlanmadan danışmaq hələ tezdir.

Teqlər: