Bölgələrdə 2000-dən artıq məktəb əyani təhsilə qayıda biləcək – Emin Əmrullayev

Xəbər - İlhamə İsabalayeva – Trend:

Bölgələrdə 2000-dən artıq məktəb fevralın 1-dən əyani təhsilə qayıda biləcək.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, həmin məktəblər əsasən, şagird sayı çox az olan məktəblərdir.
Nazir bildirib ki, Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər ərazilərdəki məktəblərdə şagirdlər arasında 1,5 metr məsafə saxlamaq mümkün olacaqsa, bu halda, bütün şagirdlər məktəbə yarımqruplara bölünmədən gələ bilərlər.

Teqlər: