Ağdamda Birgə Monitorinq Mərkəzinin açılış mərasimi başa çatıb (FOTO)

Ağdam. Asif Mehman – Trend:

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağac əkmə aksiyasl ilə mərkəzin açılış mərasimi başa çatıb.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, Mərkəzin açılış mərasimində Azərbaycan, Türkiyə və Rusiyanın rəsmi şəxsləri, o cümlədən Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Mərkəzin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti və yaşayış otaqları var. Bütün otaqlar zəruri avandanlıqlarla təmin olunub.

Həmçinin mərkəzdə brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, dərzi və mağaza da var. Ərazidə generator, avtomobil dayanacağı, iki ədəd idman şəhərciyi, ərzaq və soyuducu anbarlar yerləşir.

Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan ordusu tərəfindən həyata keçirilir.

Teqlər: