Boksçumuz Avropa çempionatının yarımfinalında

Boksçumuz Avropa çempionatının yarımfinalında

Azərbaycan boksçusu Marjona Savriyeva Avropa çempionatının yarımfinalına yüksəlib.

AzerTimes Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançı Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən qitə birinciliyində buna nail olub.
O, 1/4 finalda İrina Vinaradavanı (Belarus) məğlub edib. Savriyeva 3:0 (30:26, 28:28, 30:26, 30:26, 28:28) hesabı ilə qələbə qazanıb. Marjona yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz finala gedən yolda rusiyalı Arina Vostrikova ilə döyüşəcək. Görüş noyabrın 17-də olacaq.

Teqlər: