Bojoviç “Qarabağ”la oyundan danışdı: Belə komandaya qarşı…

Bojoviç “Qarabağ”la oyundan danışdı: Belə komandaya qarşı…

Bu iki komandanın oyun üslubunu müqayisə etməkdə çətinlik çəkirəm. Çünki səviyyə olaraq eyni deyilik.

AzerTimes xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”a 0:4 hesabı ilə məğlub olduqları ilk oyundan sonra mətbuat konfransında deyib.

Monteneqrolu mütəxəssis bildirib ki, komandası ikinci hissədə daha yaxşı oyun göstərib:

“Keçirdiyimiz son üç oyunda 7 xal qazandıq. Amma təəssüf ki, bu gün uduzduq. İlk hissədə çoxlu qollar buraxdıq. Amma bu gün sanki “Qarabağ” azarkeşlər baxımından səfərdə yox, evdə oynayırdı. Belə komandaya qarşı oynamaq əlbəttə ki, daha çətindir. Ancaq inanıram ki, “Neftçi” gələcəkdə böyük uğurlara imza atacaq”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Teqlər: