Bob Bləkmən Ağdamda mina zərərsizləşdirdi

Bob Bləkmən Ağdamda mina zərərsizləşdirdi

Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyətinin Ağdama səfəri zamanı minaların təmizlənməsi prosesi ilə tanışlıq olub.

AzerTimes xəbər verir ki, qonaqlar Ağdamın Xıdırlı kəndi ərazisinin işğal zamanı dağıntılara məruz qalmasına və minalarla çirkləndirilmiş olmasına şahidlik ediblər.

Daha sonra ərazidən tapılan mina və partlamamış silah-sursatların bir qismi zərərsizləşdirilib. Bu proses Bob Bləkmən tərəfindən həyata keçirilib. Ağdam şəhərində tapılan 9 ədəd tank əleyhinə, 2 ədəd piyada əleyhinə, 2 ədəd əldəqayırma hərbi sursat və 1 ədəd RPG7 raketi partladılma yolu ilə zərərsizləşdirilib.

Teqlər: