BNA qurumda aparılan audit yoxlamalarına aydınlıq gətirdi

Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci il üzrə təsərrüfat
fəaliyyəti Hesablama Palatası tərəfindən audit olunub. 2021-ci ilin
fevral ayında başlayan audit yoxlaması zamanı ortaya çıxan məqamlar
Hesablama Palatasının tövsiyələri nəzərə alınmaqla həll edilir.

AzerTimes xəbər verir ki, bu
barədə BNA-nın məlumatında deyilir.

Bildirilir ki, yoxlama başlayan tarixə qədər dövlət büdcəsinin
investisiya xərcləri hesabına alınması planlaşdırılan 415 ədəd
avtobusdan 395 ədədi Bakı şəhərinə idxal olunub. 20 ədəd avtobusun
idxalı isə 2021-ci ildə təmin edilib. Avtobusların paytaxta
çatdırılması müqavilədə əksini tapan və istehsal prosesi nəzərə
alınmaqla hazırlanan cədvələ uyğun olaraq icra edilib. Pandemiya,
eləcə də digər mövcud reallıqlardan irəli gələn təsirlərə
baxmayaraq, avtobusların çatıdırlma prosesi ləngimədən həyata
keçirilib. 415 ədəd avtobusun idxalı tam yekunlaşdıqdan sonra
müvafiq dövlət orqanına nizamnamə kapitalının artırılması üçün
müraciət olunub.

Teqlər: