BMW 400 mindən çox avtomobili geri çağırır

Xəbər - Orxan Nəbiyev – Trend:

BMW şirkəti Almaniyada 430 min avtomobili geri çağırıb.

AzerTimes-ın məlumatına görə, qərar avtomobillərdə yanğın təhlükəsi ilə əlaqədar verilib.

Qeyd olunur ki, bəzi avtomobillərdə qısa qapanma, naqillərin əriməsi, eləcə də yanma halları baş verə bilər.

Geri çağırılma 2004-2012-ci illərdə istehsal olunmuş E90-E93 kodlu modellərə şamil olunur.