BMT-nin humanitar missiyasının əməkdaşları təhlükəsizlik zəmanəti alan kimi yardım göstərmək üçün Xersona yola düşməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə BMT-nin nümayəndəsi Stefani Tremblay məlumat verib.
O bildirib ki, artıq bu məsələ ilə bağlı Ukraynada humanitar missiyanın nümayəndələri ilə əlaqə saxlayıb:
“Hələ danışmaq tezdir, sonda vəziyyətin necə inkişaf edəcəyini bilmirik. Amma məndə olan məlumata görə, humanitar yardım artıq hazırdır”.