Şumaxerin bolidi rekord qiymətə satıldı

Şumaxerin bolidi rekord qiymətə satıldı

Formula-1 üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin 1998-ci ildə idarə etdiyi “Ferrari F300” avtomobili rekord qiymətə satılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Bolid Cenevrədə keçirilən auksionda 14,6 milyon ABŞ dollarına satılıb.

Qeyd edək ki, daha öncəki rekord da Şumaxerin avtomobilinə məxsus olub. Onun 2001-ci ildə “Royal Race”də çempionluq əldə etdiyi avtomobil 2017-ci ildə 7,5 milyon dollara satılıb.

Teqlər: