BMT Türkiyənin xarici dillərdə yazılış qaydasını “Türkiye”
formasında dəyişdirilməsi ilə bağlı rəsmi müraciətini təmin
edib.
Trend xəbər
verir ki, bu barədə “Anadolu” agentliyinə BMT-nin baş katibi Stefan
Düjarrik məlumat verib.
Onun sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş
Türkiyənin xarici işlər nazirindən ölkə adının yazılış qaydasının
dəyişdirilməsi ilə bağlı bildiriş alıb. Düjarrik bildirib ki,
ölkənin adındakı dəyişiklik məktubun alındığı andan qüvvəyə
minəcək.
Beləliklə, bundan sonra ölkənin adı bütün beynəlxalq forumlarda
və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə
(Turkey, Turkei, Turquie və s.) “Türkiye” kimi istifadə
olunacaq.
Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu “Twitter” hesabında Ankaranın BMT-yə ölkənin adının
xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı rəsmi müraciət
göndərdiyini bildirmişdir.