BMT TŞ Ukrayna ilə bağlı iclasının vaxtı açıqlanıb

BMT Təhlükəsizlik Şurasının Ukrayna ətrafındakı vəziyyətə həsr
olunmuş iclası fevralın 22-i saat 06:00 təyin edilib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə
Rusiyanın BMT yanında daimi nümayəndəliyindəki mənbə məlumat
verib.

Qərb ölkələrindən birinin nümayəndə heyətindəki mənbənin
sözlərinə görə, tədbir Albaniya, Böyük Britaniya, İrlandiya,
Meksika, Norveç, ABŞ, Ukrayna və Fransanın təşəbbüsü ilə
çağırılır.


Daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda
Tomas-Greenfield bildirib ki, Təhlükəsizlik Şurası “Rusiyadan
Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyi tələb
etməlidir”. Onun sözlərinə görə, Moskvanın qondarma “Donetsk və
Luqansk Xalq Respublikalarının” müstəqilliyini tanıması İkinci
Dünya Müharibəsi dövründən etibarən mövcud olan “beynəlxalq nizamı
təhdid edir”.