BMT Təhlükəsizlik Şurası bu gün Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqlarını qapalı formatda müzakirə edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a BMT-dəki mənbə xəbər verib.
Mənbə bildirib: “Oktyabrın 20-si “müxtəlif” bölməsində müzakirə ediləcək”. “Müstəlif” bölməsindəki sualların müzakirəsi mətbuata qapalı formatda keçirilir.
Xatırladaq ki, daha əvvəl KXDR oktyabrın 19-u sualtı qayıqdan balistik raket buraxdığını təsdiq edib.