BMT TŞ Şimali Koreyanın raket sınaqları ilə bağlı məsləhətləşmələr keçirəcək

BMT Təhlükəsizlik Şurası fevralın 4-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqlarını müzakirə edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə “TASS” mənbəyə istinadən xəbər verir.

“KXDR ilə bağlı məsləhətləşmələr cümə gününə planlaşdırılıb”, – deyə mənbə bildirib.


Daha əvvəl məlum olub ki, ABŞ fevralın 3-də KXDR üzrə qapalı formatda görüşün keçirilməsini istəyib.