BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya dair qətnamə layihəsini rədd edib

BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı
hazırladığı qətnamə layihəsini təsdiq etməyib.

AzerTimes-ın
məlumatına görə, səsvermədə Rusiya və Çin layihənin lehinə, qalan
13 ölkə isə bitərəf qalıb.

“Associated Press” qəzeti qeyd edib ki, Ukraynadakı ağır
humanitar vəziyyətdən bəhs edən qətnamə layihəsinin BMT
Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi üçün azı doqquz
lehinə səs toplamalı idi. Lazımi sayda səs toplanmazsa, ölkələrin
heç biri veto hüququndan istifadə etməsə belə, layihə təsdiq
edilmiş hesab edilmir.

Teqlər: