BMT Təhlükəsizlik Şurası noyabrda Əfqanıstan, Yəmən və Suriya ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası bu ay Əfqanıstan, Yəmən, Suriya və ümumilikdə Yaxın Şərqdəki vəziyyətlə bağlı iclaslar keçirəcək.

Trend -in məlumatına görə, bu barədə mətbuat konfransında Meksikanın BMT-dəki daimi nümayəndəsi, noyabrın 1-dən Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Xuan Ramon de la Fuente Ramires bildirib.

Daimi nümayəndə bildirib: “Noyabrın 9-da bərabərsizlik və münaqişə ilə bağlı açıq debat keçiriləcək. Meksika prezidenti Andres Manuel Lopez Obrador sədrlik edəcək. Korrupsiyanın və qeyri-bərabərliyin münaqişələrə təsirinin vaxtında təhlil edilməsi [planlaşdırılır]. Bəyanatın qəbul edilməsinə ümid edirik”.

Onun sözlərinə görə, noyabrın 16-da beynəlxalq sülh və təhlükəsizlik mövzusunda açıq debat keçiriləcək.