BMT Rusiyaya qarşı qətnaməni müzakirə edəcək

BMT Rusiyaya qarşı qətnaməni müzakirə edəcək

BMT Baş Assambleyası bu gün keçiriləcək xüsusi sessiyada Rusiyanın Ukraynanın dörd bölgəsinin ilhaqını pisləyən qətnamə layihəsinin müzakirəsinə başlayacaq.

AzerTimes xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qətnamə bütün dövlətləri və beynəlxalq təşkilatları Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanımamağa çağırır və rus qoşunlarının Ukraynadan dərhal çıxarılmasını tələb edir.

“Əgər BMT sistemi və beynəlxalq ictimaiyyət Baş Assambleya vasitəsilə ərazilərin ələ keçirilməsinə dair qanunsuz cəhdlərə reaksiya verməsə, biz çox, vəziyyətdə qalacağıq”, – AB-nin BMT-dəki səfiri Olof Skooq bildirib.

Teqlər: