BMT Qazaxıstanda insan hüquqlarına riayət etməyə çağırır

BMT Qazaxıstandakı tərəfləri zorakılıqdan çəkinməyə çağırır, polis əməkdaşlarının və nümayişçilərin öldürülməsini qəbuledilməz hesab edir.

AzerTimes-ın məlumatına görə, bunu brifinq zamanı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

“Biz bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan çəkinməyə, vəziyyətə reaksiya verərkən dinc vasitələrdən istifadə etməyə çağırırıq. Polis əməkdaşlarının və başqalarının öldürülməsi nümayişçilərin öldürülməsi qədər qəbuledilməzdir”, – deyə S.Cüjarrik bildirib.


Həmçinin rəsmi nümayəndə qeyd edib ki, BMT Qazaxıstanda insan hüquqlarına riayət edilməsinə çağırır.