BMT Putin və Makron arasında danışıqları alqışlayıb

BMT Ukrayna ilə bağlı gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında danışıqları alqışlayır.

AzerTimes-ın məlumatına görə, bunu BMT-nin baş katibinin nümayəndəsinin müavini Farhan Haq deyib.

“Ukrayna ilə bağlı əvvəlki təmaslarda olduğu kimi, BMT dialoqu asanlaşdıran istənilən səyləri alqışlayır”, – deyə F.Haq bildirib.

Qeyd edək ki, fevralın 7-si Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında 5 saatdan artıq davam edən görüş keçirilib. Tərəflər bir sıra regional məsələləri müzakirə ediblər.