Aİ Ukraynaya qaz tədarükünün yeni marşrutlarını öyrənməyə hazırdır

Avropa İttifaqı (Aİ) Ukraynaya təbii qaz tədarükü üçün yeni marşrutları, eləcə də tədarükün həcmlərinin artırılması imkanlarını nəzərdən keçirməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bu barədə energetika üzrə ABŞ-Aİ Enerji Şurasının iclasının yekunları üzrə qəbul edilən bəyanatda deyilir.


“Şura Aİ-dən Ukraynaya yeni qaz tranziti marşrutlarının öyrənilməsinə və qaz tədarükünün həcmlərinin artırılmasına davamlı dəstəyini ifadə edib”, – deyə bəyanatda bildirilir.