Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçiriləcək.
AzerTimes Report-a istinadən xəbər verir ki, dinc aksiya Nyu Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutacaq.
Aksiyada məqsəd sərhəddə baş verənləri və Azərbaycanın haqq səsini Baş Assambleyanın 77-ci sessiyasının yüksək səviyyəli iclaslarında iştirak edən dövlət və hökumət nümayəndələri, diplomatlar, yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Nyu York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edəcək.