BMT-nin İnkişaf Proqramı Azərbaycanın sosial sahibkarlığın inkişafı üzrə səylərini yüksək qiymətləndirir

BMT-nin İnkişaf Proqramı Azərbaycanın sosial sahibkarlığın
inkişafı üzrə səylərini yüksək qiymətləndirir.

Trend-in
məlumatına görə, bunu BMT İnkişaf Proqramının Azərbaycandakı məsul
əməkdaşı Suxrob Xocimatov Avropa İttifaqının “Azərbaycanda
innovativ və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi
çərçivəsində keçirilən tədbir zamanı deyib.

Onun sözlərinə görə, BMT İnkişaf Proqramı Azərbaycana sosial
müəssisələrin inkişafı üçün dəstək göstərməkdən məmnundur.

“Biz Azərbaycanın sosial sahibkarlığın inkişafı üzrə səylərini
yüksək qiymətləndiririk və bu sahədə təcrübəmizi bölüşməyə
hazırıq”, – deyə o bildirib.

S.Xocimatov, həmçinin sosial-iqtisadi problemlərin həllində və
Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasında sosial
müəssisələrin vacib rolunu vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)